"Barselona"dan De Liqt açıqlaması

"Ayaks"da göstərdiyi oyunla nəhəng klubların hədəfinə düşən Matteis de Liqtlə bağlı "Barselona" cəbhəsi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub prezidentinin köməkçisi Xordi Mestre hollandiyalı futbolçunun transferinin gündəmdə olmadığını deyib: "De Liqtlə bağlı nəsə yoxdur. Jerar Pike dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Lanqle və Umtiti kimi arxa xətt oyunçularımız var. Sahib olduğumuz müdafiəçilər üst səviyyəli futbolçulardır. De Liqt mövzusunu mövsüm başa çatdıqdan sonra düşünərik".

Klub rəsmisi Pol Poqbanın transfer edəcəkləri barədə gəzən iddialara da münasibət bildirib: "Hər kəs Poqbanı bəyənir. Ancaq bəyəndiyimiz futbolçu bura gəlmir. Salahla Hazard da möhtəşəm futbolçulardır. Ancaq onları bəyəndiyim üçün bura gələ bilməzlər. Bizimlə birgə olan futbolçularla xoşbəxt olmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right