"Fənərbaxça" Allahyarı transfer etdi

Türkiyənin "Fənərbaxça" klubu yeni mövsüm üçün ilk transferini edib.

Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi İranın "İstiqlal" klubunun futbolçusu Allahyar Sayyadmaneşi transfer edib. İyunda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanıb.

"İstiqlal"ın idarə heyətinin üzvü İsmayıl Xəilzadə gənc futbolçunun "Fənərbaxça"ya keçdiyini deyib: "Onu "Fənərbaxça"ya 850 min dollara satdıq. Mövsümün sonu buradan ayrılacaq".

Sayyadmaneş cari mövsüm 17 oyuna 2 qol vurub, 2 assist edib.

Qeyd edək ki, iranlı forvard "The Guardian"nın hazırladığı 2001-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right