Gələn mövsüm üçün İtaliya A Seriyasında iştirak hüququ qazanan ilk komanda müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, "Brişiya" B Seriyasının 34-cü turunda evdə "Askoli"ni məğlub etməklə (1:0) ən azı ikinci yeri təmin edib və bununla da elitaya vəsiqə qazanıb.
Qeyd edək ki, "Breşiya" sonuncu dəfə 8 il əvvəl 2010-2011 mövsümündə A Seriyasında çıxış edib.