“Anderlext”ə 0:5 hesablı texniki məğlubiyyət

Belçikanın “Anderlext” klubu sərt cəzaya məruz qalıb.

Newsport.az xəbər verir ki, Belçika Futbol Federasiyası Brüssel təmsilçisinə 0:5 hesablı texniki məğlubiyyət verib.

Buna Belçika çempionatına çərçivəsində “Standard”la ev oyununda brüsselli azarkeşlərin xoşagəlməz davranışları səbəb göstərilir. Məsələ burasındadı ki, matç başlayan kimi pirotexniki vasitələrdən istifadə etməyə başlayan, ilk yarının ortalarında isə bu cür yandırıcı vasitələri meydana atmağa başlayan fanatlar oyunun dayandırılmasına səbəb olublar. Qarşılaşmanın baş hakimi “Standard”ın 2:0 hesabıyla öndə olduğu vaxtda – 32-ci dəqiqədə matçı dayandırmaq məcburiyyətində qalıb. Vəziyyətin düzəlmədiyini gördükdə isə qarşılaşmanın təxirə salınmasına qərar verilib.

Baş verənlərə hüquqi qiymət verən yerli federasiya da “Anderlext”i sərt şəkildə cəzalandırıb və bu komandaya texniki məğlubiyyət verib.

Bu qərardan sonra “Anderlext” 27 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb. “Standard” 33 xalla 4-cüdü. Çempionluğa əsas namizəd isə 47 xalla lider olan “Genk” və 41 xalla ikinci yerdə gedən “Brügge”di.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right