Sabiq “şeytan” futbolçu karyerasını başa vurdu

Futbol üzrə İrlandiya yığmasının və “Mançester Yunayted”in sabiq futbolçusu Con O Şi karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, bu barədə onun sonuncu klubu “Ridinq”in rəsmi saytı məlumat yayıb.

Ötən gün 38 yaşı tamam olan futbolçu üçün cari mövsüm karyerasında sonuncu olacaq.

O Şi karyerası ərzində Belçikanın “Antverpen”, İngiltərənin “Bornmut”, “Sanderlend” və “Ridinq” klublarının şərəfini qoruyub. Amma o, daha çox “Mançester Yunayted”dəki çıxışı ilə məşhurlaşıb. O, sözügedən komandanın heyətində beş dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasının qalibi adını qazanıb, klublararası dünya çempionatının, İngiltərə Kubokunun baş mükafatına sahib çıxıb. İrlandiyalı futbolçu İngiltərə Liqa Kubokunda 3, İngiltərə Super Kubokunda dörd dəfə uğur əldə edib. Sözügedən futbolçu İrlandiya yığmasında 118 matç keçirib, 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right