"Borussiya"nın baş məşqçisi: "Çempionluq yarışı bitdi"

Almaniya Bundesliqasının 31-ci turunda "Rur" derbisində "Şalke"yə 2:4 hesabı ilə uduzan "Borussiya"nın baş məşçiqi Lyusen Favr açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis çempionluq mübarizəsinin başa çatdığını deyib:

"Bundesliqada çempionluq yarışı başa çatdı. Qəbul etmək çətindir, amma gerçək olan budur. Bu oyunu uduzmamalı idik".

Dortmund təmsilçisi lider "Bayern"dən 1 xal geri qalır. Münhen klubu bu gün səfərdə "Nürnberq"i məğlub etsə xal fərqi 4 olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right