Milli üzvündən məhsuldar ötürmə

Türkiyə 1-ci liqasında 31-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” səfərdə “Qazişəhər Qaziantep”lə 2:2 hesablı heç-heçə edib.

Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi fasilədə əvəzlənib. Kökcü komandasının vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi olub.

“Girəsunspor” 30 xalla 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right