AFFA-nın diqqətində olan futbolçu "Beşiktaş"dan imtina etməsinin səbəbini açıqladı

Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Türkiyə əsilli futbolçu Orkun Kökcü "Beşiktaş" klubundan aldığı transfer təklifini rədd etməyinin səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, gələcəyin ulduzu kimi göstərilən 18 yaşlı yarımmüdafiəçi riskli macəra yaşamaq istəmədiyi üçün belə qərar verdiyini deyib: "Beşiktaş" mənimlə maraqlanırdı. "Feyenoord"la da danışdılar, ancaq niyə ayrılım ki? "Feyenoord" da "Beşiktaş" qədər yaxşı klubdur. Burada özümü göstərmək istəyirəm. Bir neçə mövsüm əsas komandada çıxış etmək istəyirəm. Səviyyəmi daha da artırmaq niyyətindəyəm. Hollandiya gənc futbolçular üçün ən yaxşı ölkədir. Naməlum macəra yaşamaq istəmirəm".

Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdır. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisinin kapitanıdır. 

"Qroningen"in yetirməsi olan gən yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right