Anri sabiq klubunun baş məşqçisi olur

Fransanın "Monako" klubunun baş məşqçi postundan istefaya göndərilən Tyerri Anrinin işsiz günləri başa çatmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, fransız mütəxəssis Amerikada çalışa bilər. 41 yaşlı mütəxəssis MLS təmsilçisi "Nyu-York Red Bull"la danışıqlar aparır. Məlumata görə, tərəflər anlaşmaq üzrədir.

Anri 2010-2014-cü illərdə "Nyu-York Red Bull"da çıxış edib. O, bu klubda 135 oyunda 52 qol vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right