Vanda Nara: "İkardi "İnter"də qalacaq"

"İnter"in hücumçusu Maurio İkardinin xanımı və agenti Vanda Nara açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Nara argentinalı hücumçunun Milan klubundan ayrılmayacağını deyib: "İkardi "İnter" üçün qol vurmağa davam edəcək. İndi arxa planda qalıb və ailəsindən güc alır. Mauronun klubda hər kəslə münasibəti yaxşıdır. İkardi gələn mövsüm də "İnter" forması geyinəcək". 

Qeyd edək ki, 26 yaşlı forvard "İnter"də 214 oyuna 123 qol vurub, 28 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right