"Yuventus" ardıcıl 8-ci dəfə çempion oldu

İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Yuventus" evdə "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib. Turin təmsilçisi qələbə sayəsində xallarını 87 edib və sona 5 tur qalmış çempion olub.

"Qoca sinyora" ardıcıl 8, ümumilikdə 35-ci dəfə İtaliya çempionluğunu elan edib.

"Yuventus" - "Fiorentina" - 2:1

Qollar: Aleks Sandro, 35, Petsella, 53 (avtoqol) - Milenkoviç, 6

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right