Baş məşqçi Şeydayevi əvəzləməsindən danışdı

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç Rusiya Premyer Liqasının 24-cü turunda "Dinamo" ilə matçda (0:1) Azərbaycan millisinin üzvü Ramil Şeydayevi 68-ci dəqiqədə əvəzlənməsindən danışıb.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı monteneqrolu mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Heyətimizdə çox hücumçu var. "Dinamo" yaxşı pressinq edirdi. Ancaq biz bunu edə bilmirdik. Şeydayev niyə əvəzləndi? Düşündük ki, Kornilenko ilə hücumumuz güclənəcək".

“Krılya Sovetov” Premyer Liqanın turnir cədvəlində 27 xalla 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right