“Ayaks” tarix yazdı

“Ayaks” Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”u məğlub edərək (ilk oyun 1:1, cavab oyunu 2:1), yarımfinala yüksəlib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, cari mövsümdə ÇL-də 3 təsnifat mərhələsi keçən “Ayaks”, turnirin tarixinə düşüb. Belə ki, Hollandiya təmsilçisi Çempionlar Liqası tarixində ilk klubdur ki, 3 təsnifat mərhələsi keçdikdən sonra yarımfinala yüksəlir.

“Ayaks” Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” – “Tottenhem” cütünün qalibiylə qarşılaşacaq. İngiltərə təmsilçiləri arasındakı ilk görüş “Tottenhem”in minimal hesablı qələbəsiylə başa çatıb.

“Mançester Siti” – “Tottenhem” matçı bu gün, saat 23:00-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right