"Qarabağ"da baş məşqçi və Rəşad Sadıqovdan çox şey öyrəndim"

"Nyu-York Kosmos"un futbolçusu Ansi Aqolli ötən ay ayrıldığı "Qarabağ"dakı vaxtlarından danışıb.

Newsport.az-ın məlumatına görə, ABŞ klubunun saytına danışan alban müdafiəçi Ağdam təmsilçisində oynamağın onun üçün şərəf olduğunu deyib:

"Mən bunu magistraturada oxumaqla müqayisə edərdim. Orada oynayaraq çox şey öyrəndim. Xüsusilə məşqçi və kapitandan. "Qarabağ"da biz hər şeyə sıfırdan başladıq, ildən-ilə yüksəldik. Çətin günləri xatırlayıram. Çünki adətən o vaxtlar daha çox öyrənirsən. Mən "Qarabağ"da yaxşı anlar  yaşadım. Çempionluq, ilk Avropa Liqası, həmçinin Çempionlar Liqası - bu, tortun üstündə albalı kimidir. "Çelsi" və "Atletiko"ya qarşı oynamaq çox həyəcanlı idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right