"Bayern"də qalmaqal: Levandovski və Koman əlbəyaxa oldu

Almaniyan Bundesliqasının lideri "Bayern"in son məşqində qalmaqal baş verib.

Newsport.az-ın məlumatına görə, komandanın iki üzvü - Robert Levandovski və Kinqsli Koman əlbəyaxa olub. Sözlü mübahisə zamanı Levandovski gənc futbolçuya xəbərdarlıq etsə də, Koman sərt cavab qaytarıb. Bundan sonra hər iki oyunçu yumruqları işə salıb. Futbolçuları Nikolas Zyule və Jerom Boatenq ayırıb.

Münhen klubunun baş məşqçisi Niko Kovaç isə Komanla Levandovskini paltardəyişmə otağına göndərməyib və məşqdə saxlayıb. Onun bu qərarı komandanın digər üzvlərini təəccübləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right