Dieqo Kostaya ağır cəza: mövsümü başa vurdu

İspaniya La Liqasının 31-ci turunda "Barselona" ilə səfər matçında qırmızı vərəqə alan "Atletiko"nun hücumçusu Dieqo Kostanın cəzası açıqlanıb.

Newsport.az İspaniya Futbol Federasiyasının (RFEF) saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Gil Manzanonun anasını təhqir edən Braizliya əsilli ispan futbolçu 8 oyunluq cəzalanıb. 

"Atletiko" cəzanı aşağı endirmək üçün etiraz edəcəyini açıqlayıb.

Qeyd edək ki, La Liqada mövsümün başa çatmasına 7 tur qalıb. 8 oyunluq cəzalan Kosta mövsümün sonuna qədər oynamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right