"Arsenal" "Napoli"ni, "Çelsi" "Slaviya"nı məğlub etdi Yenilənib

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Arsenal" evdə "Napoli" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

İspaniyanın iki təmsilçisi - “Vilyarreal”la “Valensiya" üz-üzə gəlib. Qarşılaşmada "Valensiya" qələbə qazanıb - 3:1.

"Çelsi" Çexiyada "Slaviya"dan üstün olub - 1:0.

“Benfika" isə "Ayntraxt"a 4:2 hesabı ilə qalib gəlib.

Cavab oyunları aprelin 18-də keçiriləcək.

 

Avropa Liqası

1/4 final, ilk oyunlar


11 aprel

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0 
Qollar:
 A.Remzi, 15, L.Torreyra, 25
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)   - 0:1 
Qol: 
Markos Alonso, 86
Baş hakim: Feliks Zvayer (Almaniya)

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)  - 1:3 
Qollar: Q.Quedes, 6 (0:1), S.Kazorla, 36-pen. (1:1), Vass, 90+1 (1:2), Quedes, 90+3 (1:3)
Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2 
Qollar: J.Feliks, 21 (1:0), L.Joviç, 40 (1:1), J.Feliks, 43 (2:1), Dias, 50 (3:1), Feliks, 54 (4:1), Pasiensiya, 72 (4:2)
Baş hakim: Antoni Teylor (İngiltərə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right