"Tobol"un baş məşqçisi Emil Balayevin səhvindən danışdı

Qazaxıstanın "Tobol" klubunun baş məşqçisi Vladimir Qazzayaev Premyer Liqanın IV turunda "Aktobe"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis oyunun sonlarında kobud səhvdən sonra qol buraxan Emil Balayev barədə danışıb: "Vacib olan odur ki, bu səhv nəticəyə təsir etmədi. Balayev səvlə yadda qalsa da, çərçivədə inamlı və etibarlı idi. Bizim digər perspektivli və ümidlə baxdığımız Sultan Busurmanov da var. Qarşıdakı oyunlarda Sultan da qapıda olacaq".

Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra "Tobol"un qapısını Emil Balayev qoruyub. 24 yaşlı əlcək sahibi 4 oyuna qapısında 2 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right