Rusiya Premyer Liqasında 22-ci turun görüşləri keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" klubu səfərdə "Krasnodar"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Şeydayev oyunda 87-ci dəqiqədə daxil olub.
Premyer Liqada turnir cədvəlinə 44 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 41 xalla 2-ci, ÇSKA 40 xalla 3-cü, "Lokomotiv" 38 xalla 4-cü, "Spartak" 36 xalla 5-cidir. 24 xalı olan "Krılya Sovetov" 11-ci sırada qərarlaşıb.