Premyer Liqa klubundan rekord transfer

İngiltərənin “Vulverhempton” klubu mövsümün əvvəlində “Benfika”dan icarəyə götürdüyü Raul Ximenesin transfer hüquqlarını satın alıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Vulverhempton” 27 yaşlı hücumçu üçün Portuqaliya təmsilçisinə 38 milyon avro ödəyəcək. Bu, “canavarlar” üçün transfer rekordudu.

Ximeneslə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Meksika millisinin də formasını geyinən hücumçu, bu mövsüm Premyer Liqada 32 qarşılaşmada iştirak edərək, 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right