Zidan döndü, Marselo transfer qərarından imtina etdi

Real"da Santyaqo Solarinin dönəmində klubdan ayrılmağı düşünən Marselo qərarını dəyişib.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Zinəddin Zidanın dönüşündən sonra Madrid klubundan getmək fikrindən daşınıb. Marselonun adı "Yuventus"la hallansa da, futbolçu yayda "kral klubu"nda qalacaq.

Qeyd edək ki, "Real"la 2022-ci ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçu cari mövsüm 26 oyuna 3 qol vurub, 5 assist edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right