Premyer Liqa klubu "Qalatasaray"da çıxış edən futbolçu ilə bağlı qərar verdi

İngiltərnin "Everton" klubu Türkiyənin "Qalatasaray" komandasına icarəyə verdiyi Henri Onyekuru ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, Liverpul təmsilçisi İstanbul klubunda uğurlu çıxış edən nigeriyalı hücumçunu icarəyə vermək niyyəti yoxdur. Nigeriya millisinin üzvü mövsüm başa çatandan sonra "Everton"a qayıdacaq və ən azı bir il Premyer Liqa təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 21 yaşlı hücumçu cari mövsüm Super Liqada 24 oyuna 11 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right