"Portu"nun futbolçusu penalti vurarkən zədələndi

Portuqaliya Premyer Liqasının 27-ci turunda "Portu" səfərdə "Braqa"nı 3:2 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, "Portu"nun heyətində Aleks Telles zədələnib. Braziliyalı müdafiəçi 69-cu dəqiqədə penaltini yerinə yetirərkən sıradan çıxıb. Penaltini dəqiq yerinə yetirən futbolçu müvazinətini saxlaya bilməyib və yerdə qalıb. Oyunu davam etdirə bilməyən Telles əvəzlənib.

Portuqaliya mətbuatının məlumatına görə, 26 yaşlı futbolçunun zədəsi ciddidir və uzun müddət oynamaya bilər.

Qeyd edək ki, Telles cari mövsüm 5 qol vurub, 10 assist edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right