Ayaz Quliyev 90 dəqiqə oynadı, "Spartak" 3 xalı 3 qolla qazandı

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" səfərdə "Axmat"a 3:1 hesabı ilə qalib gəlib.

Quliyev qarşılaşmaya start heyətdə başlayıb və sonadək oynayıb. 22 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə sarı vərəqə alıb.

Premyer Liqanın turnir cədvəlinə 41 xalla "Zenit" başçılıq edir. "Lokomotiv" 38 xalla 2-cidir. "Spartak"la ÇSKA 36 xalla 3-4-cü yerləri bölüşürlər. 27 xalı olan "Axmat" 9-cu sırada qərarlaşıb.

"Axmat" - "Spartak" - 1:3

Qollar: Bekim Balay, 9 - Luis Adriano, 9 (pen.), 68, Denis Qluşakov. 90

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right