"Frayburq" "Bayern"i büdrətdi

Almaniya Bundesliqasında 27-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, Münhen "Bayern"i səfərdə "Frayburq"la qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

Bundesliqanın turnir cədvəlinə 63 xalla Dortmund "Borussiya"sı başçılıq edir. "Bayern" 61 xalla 2-ci, "Leyptsiq" 52 xalla 3-cü, Münhenqladbax "Borussiya"sı 47 xalla 4-cüdür. 32 xalı olan "Frayburq" isə 12-ci sırada qərarlaşıb.

"Frayburq" - "Bayern" - 1:1

Qollar: Lukas Holer, 3 - Robert Levandovski, 22

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right