Keyhill karyerasını başa vurdu

Avstraliya millisinin sabiq futbolçusu Tim Keyhill karyerasını başa vurub.

Newsport.az saytının məlumatına görə, 39 yaşlı futbolçu bu barədə özü məlumat verib. Son olaraq, Hindistanın "Camşedpur" klubunun formasını geyinən forvard Avstraliya telekanalına açıqlamasında artıq futbol oynamaq üçün yaşlı olduğunu söyləyib.

Keyhill keryerasının ən yaxşı vaxtlarını İngiltərənin "Everton" klubunda keçirib. Avstraliya millisinin heyətində isə 108 oyuna çıxan hücumçu 50 qol vurub. O, milli tarixinin bombardiridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right