Ramil Şeydayev oynadı, komandası məğlub oldu

Rusiya Premyer Liqasında XXI turun oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" doğma azarkeşləri önündə Tula "Arsenal"ı qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Görüşə ehtiyatdan başlayan Şeydayev 73-cü dəqiqədə meydana daxil olub.

Bu məğlubiyyətdən sonra "Krılya Sovetov" aktivindəki 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right