“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verdi

İngiltərənin “Mançester Yunayted” klubu komandanın baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə bağlı qərar verib.

Newsport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub. Norveçli mütəxəssislə 3 illik müqavilə bağlanılıb. Sulşer ötən ilin dekabrında Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini icra edirdi. Komanda onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi 13 oyundan 10-da qalib gəlib, 1 matçda uduzub.

Qeyd edək ki, “qırmızı şeytanlar” Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-sini mübarizədən kənarlaşdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right