Millinin sabiq üzvü karyerasını başa vurdu

İngiltərə millisinin və “Aston Villa”nın sabiq üzvü Qabriel Aqbonlahor karyerasını bitirib.

Newsport.az saytının məlumatına görə, bu barədə məlumatı futbolçu özü verib.  O, "Aston Villa"nın oyunlarını azarkeş kimi izləməyin vaxtının gəldiyini bildirib. Aqbonlaxor klubda işlədiyi şəxslərə və komanda yoldaşlarına təşəkkür edib.

Qeyd edək ki, 2005-ci ildə peşəkar karyerasına başlayan Aqbonlahor “Aston Villa”, “Şeffild Uensdey”, “Uotford” kimi klubların formasını geyinib. O, İngiltərə millisində 3 oyun keçirib. Bütövlükdə isə 406 oyuna çıxan forvard 86 qola imza atıb, 58 məhsuldar ötürmə müəllifi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right