Səmədov karyerasını nə vaxt başa vuracaq?

Rusiyanın "Krılya Sovetov" klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan əsilli futbolçu bu, ya da gələn mövsümün sonunda butsılarını mıxdan asacağını deyib: "Bu mövsüm olmasa, gələn il mütləq karyeramı başa vuracağam. Tam qərar verməmişəm. Vida matçım olmayacaq. Çünki çox klubda oynamışam. Karyeramı "Spartak"da bitirəcəyimi düşünürdüm. Amma artıq belə bir şey mümkün deyil. Ora futbolçu kimi qayıtmaq istəmirəm".

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Rusiya millisinin sabiq üzvü Moskvanın "Moskva", "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right