"Barselona"nın 75 milyon avroluq transfer planı

İspaniyanın "Barselona" klubunun yeni transfer hədəfi məlum olub.

Newsport.az-ın məlumatına görə, katalonlar "Ayaks"ın müdafiəçisi Matteis de Liqti heyətinə cəlb etmək istəyir. "Barselona" 19 yaşlı futbolçunun keçidinə görə 75 milyon avro ödəməyə hazırdır. La Liqa təmsilçisinin rəsmiləri gənc futbolçunun agenti Mino Rayola ilə keçidi həll etmək üçün tez-tez görüşürlər.

Qeyd edək ki, de Liqt hazırda "Ayaks"ın kapitanıdır. Gənc stopper Hollandiya millisinin üzvüdür.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right