La Liqa klubundan "Bavariya"ya 20 milyon avroluq təklif

İspaniyanın "Atletik" klubunun prezidenti Aitor Eliseqi Almaniya təmsilçisi "Bavariya"da çıxış edən Xavi Martinesi transfer etmək istədiklərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, klub prezidenti 30 yaşlı dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro təklif etdiklərini deyib. Münhen klubunun bu təklifi qəbul edəcəyi iddia edilir.

Martines bir müddət öncə "Kicker"ə açıqlamasında Bilbao klubuna dönməyin əlehinə olmadığını demişdi.

Qeyd edək ki, ispan futbolçu 2012-ci ildə 40 milyon avro qarşılığında "Atletik"dən "Bayern"ə keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right