Di Françeskonun yeni iş yeri bəlli olmaq üzrə

İtaliyanın "Roma" klubundan ayrılan Eusebio di Françeskonun yeni mövsüm üçün iş yeri bəlli olmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis ölkəsində çalışmağa davam edəcək. 49 yaşlı çalışdırıcı "Fiorentina" ilə anlaşmağa yaxındır. Məlumata görə, di Françesko illik 1,5 milyon avro maaş olmaqla 3 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, "Fiorentina" bu mövsüm A Seriyasında 28 turdan sonra 10-cu pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right