UEFA Ukrayna ilə bağlı araşdırmalara başladı

UEFA Ukrayna Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb.

Newsport.az-ın məlumatına görə, qurum Portuqaliya və Lüksemburqun federasiyaları tərəfindən edilən şikayətlər əsasında buna qərar verib. Federasiyalar Ukraynanın braziliyalı futbolçu Juinior Moraesin milliləşdirilərkən FİFA-nın tələblərini pozduğunu əsas gətirirlər.

Məlumata görə, qitənin ali futbol qurumu şikayət əsasında araşdırmalara başlanılıb.

Qeyd edək ki, Ukrayna yığması AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya və Lüksemburqla oyunlarda yeni milliləşdirdiyi braziliyalı Junior Moraesi oynadıb. Əgər məsələ sübut edilsə Ukraynaya hər iki oyunda texniki məğlubiyyət veriləcək. Komanda 2 oyundan sonra 4 xalla qrup lideridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right