"Bayern" Fransa millisinin üzvünü 80 milyon avroya transfer etdi

Almaniyanın “Bayern” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi İspaniyanın “Atletiko” klubundan Luka Hernandesi transfer edib. 23 yaşlı sol cinah müdafiəçisinin transferi münhenlilərə 80 milyon avroya başa gəlib. Fransa millisinin üzvü Bundesliqa klubu ilə 2024-cü ilin yayına kimi müqavilə bağlayıb. Hernandes yayda yeni klubuna qoşulacaq.

Qeyd edək ki, Ernandes 2007-ci ildə "Atletiko"nun akademiyasına yazılıb. O, 2014-cü ildə Madrid klubunda peşəkar karyerasına başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right