Mourinyo Fransada çalışa bilər

Mövsümün gedişində "Mançester Yunayted"dən ayrılan Joze Mourinyonun növbəti iş yeri Fransa ola bilər.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis "Lion" və ya "Monako"nu çalışdırmaq fikrindədir. Mövsümün sonunda klubların 56 yaşlı mütəxəssislə danışıqlar aparacağı gözlənilir. 

Təcrübəli mütəxəssis daha öncə Fransada çalışmaq istədiyini demişdi.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis "Portu", "Çelsi", "İnter" "Real" və "Mançester Yunayted" kimi klubların baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right