"Liverpul" və "Milan"ın əfsanələri arasında yoldaşlıq oyunu baş tutub.
Newsport.az saytının məlumatına görə, "Enfild Road"da keçirilən görüşdə "Liverpul"un sabiq oyunçuları 3:2 hesablı qələbə qazanıb.
Matçda Stiven Cerard, Andrea Pirlo, Maykl Ouen, Dudek, Dida, Kafu, Ceymi Karraqer, Cibril Sisse, Paolo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Daniel Agger, Sami Hyupya, Cuzeppe Pankaro kimi ulduzlar futbolçular iştirak ediblər.