Millimizin qrupunda final mərhələsinə İrlandiya adladı

AÇ-2019-un elit-raund mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yer aldığı 1-ci qrupda 2-ci tura yekun vurulub.

Newsport.az saytının məlumatına görə, Rusiya millisi Rumıniya ilə 0:0 hesablı heç-heçə edib. Bu nəticədən sonra 6 xalı olan İrlandiya final mərhələsinə vəsiqə qazanıb.

Rusiyanın 2, Rumıniya və Azərbaycan millilərinin 1 xalı var. Elit-raundun 3-cü turunda Azərbaycan - Rumıniya, Rusiya - İrlandiya oyunları baş tutacaq.

Qeyd edək ki, final mərhələsinin oyunları iyul ayında Ermənistanda keçiriləcək.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right