Messi zədələndi

Argentina millisinin futbolçusu Lionel Messi zədələnib.

Newsport.az saytının məlumatına görə, Venesuela ilə matçda 90 dəqiqə meydanda olan "Barselona"nın hücumçusu qasıq nahiyəsindən zədə alıb. Onun Mərakeşlə matçı buraxacağı bildirilib.

Qeyd edək ki, Messi DÇ-2018-dən sonra ilk dəfə milliyə çağırılmışdı.

Xatırladaq ki, Mərakeş Futbol Federasiyası Messinin oynayacağı təqdirdə, qarşı tərəfə 969 min avro təklif etmişdi. Hücumçu oynamayasaydı, həmin məbləğin 528 min avroya qədər azaldılacağı bildirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right