İvan Perişiç: "Azərbaycanlı futbolçuların güclərinin tükənəcəyini bilirdik"

"Azərbaycan ilk hissədə yaxşı mübarizə apardı. Onların gücünün tükənəcəyini bilirdik. Buna görə də səbrli olmalı idik".

Newsport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının üzvü İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda millimizə qalib gəldikləri (2:1) matçı dəyərləndirərkən deyib.  

İtaliyanın "İnter" klubunun üzvü layiqli nəticə əldə etdiklərini bildirib: "Qol vurmaq çətin idi. Yekunda rəqibin müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik". 

Ulduz futbolçu martın 24-də Macarıstana qarşı keçirəcəkləri səfər oyunu barədə də danışıb: "Bizi çətin səfər oyunu gözləyir. İşimiz asan olmayacaq. Möhtəşəm azarkeşlər qarşısında oynayacağıq. İstəyimiz qələbə qazanmaqdır, inanıram ki, buna nail olacağıq"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right