Andrey Kramariç: "Azarkeşlər daha çox qol gözləyirdi"

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya millisi Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az saytının məlumatına görə, oyundan sonra meydan sahiblərinin qələbə qoluna imsa atan Andrey Kramariç fikirlərini bölüşüb. "Hoffenhaym"ın forvardı asan qələbə qazanmadıqlarını deyib: 

"Əlbəttə, belə oyunun keçməsini istəmirdik, lakin 3 xal və vurduğum qol üçün sevinirəm. Mübarizə apardıq, qalib gəldik. Bəlkə də daha çox qol vura bilərdik, amma bu, futboldur. Asan olmayacağını hamımız gözləyirdik və belə də oldu. Yaxşı oynadıq, belə müdafiə xəttini yarmaq çətindir. Bəlkə də azarkeşlər daha çox qol gözləyirdi. Lakin bizə nəticə daha önəmlidir. Bruno Petkoviç isə mükəmməl debüt etdi. Uşaq göstərdi ki, futbol oynaya bilir. Macarıstanla çətin səfər oyunumuz var. Neqativ halları unudub, həmin matçı düşünməliyik. Çünki cəhhənəm kimi atmosferdə oynayacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right