Luka Modriç: "Azərbaycan münasib rəqib olmadığını göstərdi"

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya millisi Azərbaycana 2:1 hesabı ilə qalib gəlib. 

Newsport.az saytının məlumatına görə, oyundan sonra meydan sahiblərinin kapitanı Luka Modriç fikirlərini bölüşüb.

Təcrübəli futbolçu matçın çətin keçdiyini deyib: "Hər şeydən öncə qalib gəlmək vacibdir. Çox yaxşı oynadıq, fürsətlər qazandıq. Gözlədiyimizdən çətin oldu, lakin asan matç olacağını da düşünmürdük. Azərbaycan münasib rəqib olmadığını göstərdi. Rəqibi müsbət qiymətləndirməliyik, yaxşı müdafiə olundular və qol da vurdular. Əks-hücumlarda daha tez müdafiə olunmağı bacarmalıyıq. Bu oyunda bunu yaxşı bacarmadıq. Bu, oyunda zəif cəhətimiz idi. Lakin məmnun ola biləcəyimiz çox şey var. Azarkeşlərimiz də çox möhtəşəm idi. Bruno Petkoviç debütündə çox yaxşı idi, ehtiyacımız olan şeyləri etdi və bəzi fürsətləri də oldu. Bizi Macarıstanla səfərdə daha ağır oyun gözləyir. Buna görə də ciddi hazırlaşmalıyıq. Hədəf 3 xaldır. İndi ciddi alınmayacaq rəqib yoxdur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right