Ronaldo: "Məni "Yuventus"a belə anlarda kömək etmək üçün çağırıblar"

"Bu günü xüsusi etmək istəyirdik və bunu bacardıq. Biz təkcə mənim qollarımla yox, komanda oyunu sayəsində buna nail olduq".

Newsport.az saytının məlumatına görə, bunu "Atletiko" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə het-trik edən "Yuventus"un futbolçusu Kriştianu Ronaldo deyib.

34 yaşlı hücumçu bildirib ki, Çempionlar Liqası xarakter göstərməyin lazım olduğu turnirdir:

"Düşünürəm ki, biz bunu edə bildik və artıq doğru yoldayıq. Final barədə danışmaq üçün hələ tezdir, biz addım-addım irəliləmək istəyirik". 

Portuqaliyalı forvard "Yuventus"a məhz belə oyunlarda kömək etmək üçün dəvət olunduğunu bildirib:

"Düzdü, "Yuventus" buna qədər bu cür geridönüş edə bilməmişdi. Məni komandaya belə anlarda kömək etmək üçün dəvət ediblər.

"Atletiko" çətin rəqibdir, amma biz gücümüzü göstərdik və haqlı şəkildə növbəti mərhələyə yüksəldik".

"Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldonun het-triki sayəsində üstələyib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah