Ranyeri "Roma"da qələbə ilə başladı

İtaliya A Seriyasında 27-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Roma" yeni baş məşqçisi Klaudio Ranyerinin rəhbərliyi altında ilk oyununa çıxıb. "Canavarlar" ev oyununda "Empoli"ni 2:1 hesabı ilə məğlub edib.

A Seriyasında turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir. "Napoli" 57 xalla 2-ci, "Milan" 51 xalla 3-cü, "İnter" 50 xalla 4-cü, "Roma" 47 xalla 5-cidir. 22 xalı olan "Empoli" 17-ci sırada qərarlaşıb.

"Roma" - "Empoli" - 2:1
Qollar: 
Stefan El-Şaaravi, 9, Patrik Şik, 33 - Juan Jesus, 12 (avtoqol)
Qırmızı vərəqə: Alessandro Florensi, 80 ("Roma")

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right