Zidan: "Peres mənə zəng edəndə rədd cavabı verə bilmədim"

Santyaqo Solarini istefaya göndərən "Real" baş məşqçi postuna sabiq çalışdırıcısı Zinəddin Zidanə gətirdi. Fransalı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Newsport.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis "kral klubu"na geri döndüyü üçün xoşbəxt olduğunu bildirib:

"Evimə qayıtdığım üçün xoşbəxtəm. Bu, xüsusi gündür. Komandanı layiq olduğu yerə qaytarmaq istəyirəm. Aarzum sabah işə başlamaqdır. Hətta Peres mənə zəng edəndə rədd cavabı verə bilmədim. Doqquz ay işsiz qaldım, enerji topladım. İndi işləməyə var qüvvəmlə hazıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right