Ayaz Quliyev 90 dəqiqə oynadı, "Spartak" derbidə qalib gəldi

Rusiya Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi "Spartak" "Dinamo"nun qonağı olub. Moskva derbisində "ağ-qırmızılar" meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib.

Sözügedən qarşılaşmada Ayaz 90 dəqiqə oynayıb. 22 yaşlı yarımmüdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Premyer Liqanın turnir cədvəlinə 40 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 34 xalla 2-ci, ÇSKA 33 xalla 3-cüdür. "Spartak"la "Lokomotiv" 32 xalla 4-5-ci yerləri bölüşürlər.

"Dinamo" - "Spartak" - 0:1
Qol:
 Georgi Jikiya, 16

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right