Əliyar Ağayevdən iki penalti, bir qırmızı vərəqə

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqasının 24-cü turunda keçirilən PAOK - "Atromitos" görüşünü idarə edib.

Newsport.az-ın məlumatına görə, "Tumba" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Əliyar Ağayev 16-cı dəqiqədə qonaqların qapısına penalti təyin edib, lakin ağ nöqtəyə yaxınlaşan Vyerinya qapıçını məyus edə bilməyib. Ağayev 45+3-cü dəqiqədə də qonaqların qapısına penalti təyin edib. Bu dəfə topa Bisesvar yaxınlaşıb və dəqiq oynayıb.

31 yaşlı referi meydan sahiblərindən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrikeni sarı vərəqə ilə cəzalandırıb. Qonaqlarda isə 2 futbolçu xəbərdarlıqla üzləşib. Bruno isə iki dəfə sarı vərəqə almaqla meydandan qovulub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right