Oyun zamanı ülgüclə rəqiblərinə xəsarət yetirən futbolçuya ağır cəza

Türkiyə Futbol Federasiyası oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən "Amed Sportif Faaliyetler” klubunun futbolçusu Mansur Çalarla bağlı cəzasını açıqlayıb.

Newsport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ömürlük futbol yarışlarından kənarlaşdırılıb. Federasiya kluba bir matçlıq azarkeşsiz oynamaq cəzası da verib.

Qeyd edək ki, "Amed Sportif Faaliyetler” - "Sakaryaspor” 1:1 hesabı ilə başa çatıb. Görüş ərzində iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb. Mansur Çalar ülgüclə bir neçə futbolçuya xəsarət yetirib.


 
 
 
 
 
 
 
 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right