23 yaşlı qapıçı vəfat etdi

Bosniya və Herseqovinanın "Şrioki Breyq" klubunun qapıçı Kreşimir Bandiç dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı əlcək sahibi dostunun evində infarkt keçirib. O, xəstəxanaya çatdırılsa da, gözlərini əbədi olaraq yumub. Klub saytı məlumatı təsdiq edib. Bandiçin vəfatı ilə əlaqədər çempionat görüşləri 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, bosniyalı qapıçı ötən il "Mostar"dan "Şrioki Breyq"ə keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right