"Real"ın futbolçusu iki aylıq sıradan çıxdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ayaks"la cavab oyununun (1:4) ilk hissəsində zədələnən "Real"ın futbolçusu Vinisius Junior uzun müddətə sıradan çıxıb.

Newsport.az xəbər verir ki, 18 yaşlı hücumçu 2 ay yaşıl meydanlardan kənar qalacaq. Tibbi müayinədən keçən Vinisiusun sağ ayaq topuğunda bağların qopduğu məlum olub.

Qeyd edək ki, gənc ulduz Braziliya millisinin Çexiya və Panamaya qarşı keçirəcəyi yoxlama görüşləri üçün dəvət alsa da, düşərgəyə yollana bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right